Aleksandr Dümanın Bakı səfərindən…

12 May

XIX əsrin 50-ci illərinin axırında Bakıya səyahətə gələn məşhur fransız yazıçısı Aleksandır Düma (rəssam Mone ilə bərabər) “Qafqaz səfəri” adlı əsərində Suraxanıdakı Atəşgahı gördüyünü yazır və belə təsvir edir: “…Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Sola burulub alçaq çökəklik və təpələrdən addayır. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ocaqlar ovuc içi kimi görünürdü. Onlar 1 kvadrat liyalu (fransız məsafə ölçüsü) sahədə yerləşirdi. Külək əsdikcə alov zolaqları, dilləri sanki qəribə rəqslər edir, gah bulaq təki qaynayır, gah dalğa təki yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür oynayırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra qəfildən “əlbəyaxa” olurlar. Külək nə qədər cəhd edirdisə odu, alovu söndürə bilmirdi. Havaya yüzlərlə qalxan alov əhənglənmiş binanı , onun divarlarını işıqlandırır, daha da nəzərə çarpdırırdı. Elə təsəvvür oyanırdı ki, bina özü də tərpənir. Binanın içəri tərəfində dövrələmə düzəldilmiş ocaqlardan şölələnən qaz iri məşələ oxşayırdı. Bu ocaqların hər birisinin yan tərəfində dördkünc günbəz vardı, hər kücdə də alov püskürürdü. Günbəzlərin küclərindəki ocaqların alovu nisbətən zəif idi. Günbəzlərin küçələrindəki ocaqların alovu nisbətən zəif idi.

Atəşgaha günbatan tərəfdən yaxınlaşdıq. Qapı günçıxana açıldığından binanın dövrəsində hərlənməli olduq.

Birdən gözlərimiz qarşısında qeyri-adi, olduqca gözəl bir mənzərə canlandı, ətraf çıraqban oldu.

Dedilər ki, bu aralar yalnız bayram günlərində, bir də müqəddəs ayinlər vaxtı belə çıraqban olur. M.Puqlevski bizim xatirimizə əvvəldən kahinlərə xəbər göndərib mərasim hazırlatdırıb.

Atəşpərəstlər iki min ildən çoxdur ki, təqib edilirlər. Onların bu axırıncı yazıq, müti nümayəndələri (mərasimi bizə göstərmək üçün) əllərindən gələni əsirgəməyib, indi də əmrə müntəzir durmuşdular.

Bu mənzərəni görmək istəyən həmvətənlərim bir qədər tələsməlidirlər. Çünki atəşpərəstlərin ibadətgahında var-yox 3 nəfər adam qalmışdır, onların da biri qoca, 2-si isə otuz-otuz beş yaşındadır.

Biz yan-yörəsindən alov sovuran qapıdan dördkünc həyətə girdik. Ortadakı günbəzli səcdəgah və onun hər dörd küncündən əbədi alov ucalırdı. Səcdəgah hündürdədir, 5-6 pillə qalxmaq lazım gəlir. Səcdəgahın dövrəsində, bayır divarlar boyu iyirmiyə qədər hücrə var, qapıları içəriyə tərəf açılır. Bu hücrələrdə vaxtilə Zərdüştməzhəb tələbələr yaşayırmış. Hücrələrdən birində taxçada 2 büt durur.

Atəşpərəstin biri kahin paltarını geydi, digəri əyninə köynək sayağı bir şəlpə keçirtdi. Başladılar ibadət etməyə. İbadət dedikdə, bu, səslərin qeyri-adi dəyişməsindən ibarət 4-5 xromatik qamma notasından başqa bir şey deyildi. Sol və mi arasında təkrarlanır, tez-tez də Brahmanın adı çəkilən nəğmədir. Kahin arabir əyilib səcdəyə getdikdə o birisi əlindəki sincləri bir-birinə vururdu. Sinc cingilti ilə bərkdən səslənir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: