Tarixə addım-addım… (1)

12 May

1979-cu il

Bakı şəhərinin tarixi çox qədimdir, onun adına hələ miladdan qabaq yazılmış əsərələrdə rast gəlinir, burda əl quyuları vasitəsilə neft çıxarmaq, şoranlıqlardan duz istehsal etmək, zəfəran becərmək barədə qədim sənədlərdə də qeydlər var. Yunan, ərəb, fars, rus və Avrova səyyahları və alimləri Bakıdan dəvə karvanları ilə tuluqlarda başqa ölkələrə neft daşınmasını öz əsərlərində göstərirlər. Şəhəri araya alan qala hasarları istilalar vaxtı dəfələrlə dağıdılmışdır, sonradan yenidən bərpa edilmişdir. Bakının gah bir-birindən aralı üç, gah ikiç ən axırda XIV əsrdən indi qalan hissəsini hasara alıblar. Bəzən qalanın üç tərəfində enli, dərin xəndəklər qazılar və dənizlə birləşdirilərdi, gündüzlər gediş-gəliş asma körpülərlə olardı. Axşam qaranlıq düşəndə körpünü qaldırardılar. Qala divarları üstündə gözətçilər gəzərdi. Dəniz tərəfdə də, eynilə hüdür hasar ucalardı. Bir sözlə, şəhər üzük qaşı kimi araya alınmışdı.

Bakı əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə ticarət etmişdir. Bu əlaqə həm karvan yolları, həm də dəniz vasitəsilə olmuşdur. Bizim dövrümüzə qədər İçəri şəhərdə qalmış “Buxaralılar karvansarası” və “Hindistanlılar karvansarası” sübut edir ki, Bakı XIV-XVI əsrlərdə Orta Asiya və Hindistanla geniş ticarət etmişdir. Bakının hərtərəfli inkişafı, onun adının bütün dünyada məşhur olması, əlbəttə, XIX əsrin ikinci yarısından, 70-ci illərdən başlayır. Bu da neft sənayesinin inkişafı ilə bağlıdır.

Bakı quberniya mərkəzinə (1859) çevriləndə əhalisi təxminən 7 minə yaxın idi. Şəhər Qala divarları içərisində idi. Küçələr darısqal, əyri, evlər 1-2 mərtəbəli… Diqqəti cəlb edəcək 3 böyük bina vardı. Təpədə “Şirvanşahlar sarayı”, “Qoşa qala qapısı”, yaxud “Şamaxı darvazaları” yanında Bakı xanlığının sarayı, bir də əfsanəvi Qız qalsı. Onun tikilməsi barədə müxtəlif rəvayətlər və ehtimalar var. Deyilənlərə görə, Qız qalası çox qədim zamanlarda ulu babalarımız tərəfindən tikilib. İlk adı “Gözətçi qülləsi” imiş, damda gecə-gündüz növbətçilər dənizə baxır, düşmən gəmilərinin hərəkətini izləyirmişlər. Pis havalarda ticarət və sərnişin gəmilərinəistiqamət vermək üçün damda tonqal qalayarmışlar. Get-gedə adını qısaldıb eləyirlər “Göz qüllə”, sonralar da gah amansız düşmənə qarşı sarsılmaz, qorxunc müdafiə bürcünə, nəhayət bütün maneələrə qələbə çalan sevgi, məhəbbət abidəsinə – Qız qalasına çevirirlər. Deyilənlərə görə, Qız qalasından yerin 6 ilə 3 istiqamətə – Ramana qalasına, Bibiheybət məscidinə, Yasamal dərəsinə – Qurt qapıya yol gedirmiş.

Bakı öz odu, öz alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahına çevrilib. Dünyanın hər yerindən öz-özünə alışan, yanan ocağa ziyarətə gəlirdilər. Şübhəsiz, bütün bunlar, Bakının o dövrlər mədəniyyət ocağı olduğunu sübut edir. Bakıda üç atəşgahın olması təsadüfi deyil. Atəşgahlardan biri Suraxanıda, digəri Pirallahıda (Artyom), üçüncüsü isə Şubanı dağında idi.

Şubanı dağındakı Atəşgah məbədi atəşpərəstlərin ən böyük, ən müqəddəs ziyarətgahı hesab edilərmiş. O aradakı torpaqlar Abdal dərviş adlı bir şəxsin imiş. Abdal dərviş dayaz quyular qazdırır, oradan çıxardığı nefti satıb ehtiyac içində olan kasıblara, xəstələrə, yiyəsiz uşaqlara və dul arvadlara kömək edərmiş. Şubanı atəşgahını ötən əsrin axırında dağıdırlar.

3 Cavab to “Tarixə addım-addım… (1)”

  1. ƏLİ Dekabr 3, 2012 9:37 axşam #

    Əlbətdəki bizim dogma BAKI.

  2. Vüqar Dekabr 3, 2012 9:40 axşam #

    Əli Bakı hamımızın doğma şəhəridir.Bu məlumat mənə çox kömək oldu.Təşəkkürlər =)

  3. hello kitty Dekabr 3, 2012 9:48 axşam #

    Çox gözəəəlll

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: