Bakım mənim

13 May

Hər daşın, hər çiçəyin sehirli bir nəğmədir,
Sabahının talehi daha öz əlindədir.
Adın dastana dönüb dünyanın əlindədir,
Bakım mənim, canım mənim.

Bakı – mehriban şəhər,
İşıqlı ömür tacım, Bakı odlar diyarım.
Adın dastana dönüb, dünyanın dilindədir,
Bakım mənim, canım mənim.

Ulduzlara gedənlər səndən ilham alacaq,
Zaman ötüb keçəcək körpülərin qalacaq.
Onlar ümid körpüsü onlar xudafərindi,
Bakım mənim, canım mənim.

Bakı – İçəri şəhər,
Şirvanşahlar sarayı Bakım diyarı.
Adın dastana dönüb, dünyanın dilindədir,
Bakım mənim, canım mənim.

İllər boyu ucaldın, amma ki, qocalmadın,
Bir qanadın göy Xəzər, Abşeron bir qanadın.
Vətənimin şöhrəti sənin zəfərlərindi,
Bakım mənim, canım mənim.

Eyyub Yaqubov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: