Şəmsi Əsədullayev

13 May

Şəmsi Əsədullayev – XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından olmuşdur.

Şəmsi Əsədullayev Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxudadır.

Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailəsində, 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmirhacıyanlıların əsas taxıl yerləri Suraxana torpaqlarında idi. 19-cu əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin e’malı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanada Atəşgahın yanında kerosin e’mal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri neft mə’dənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.

1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan vurur. Fantan 56 gün davam edir. Fantan hər gün milyon altı yüz min pud neft verirdi. Bu Bakı neft sənayesi tarixində ən məşhur fantanlardan biri idi.

Əsədullayevin neft hasilatı artdıqça onun Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı. Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də, xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda daşıtdırardı Rusiyaya.

Neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa binaları da vardı.

Şəmsinin Bakıda bir müsəlman arvadı, iki oğlu və iki qızları vardı. İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı Ümsəlmə, oğlanları Mirzə, Əli və qızları Sara, Xadicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur.

Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Səmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, Xeyriyyə işləri ilə məşğul olur.

Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefi Rusiyaya öz müştərilərinə göndərməyə başlardı.

Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli arka qapısı ilə fərqlənirdi. Bağ 19-cu əsrin axırlarında salınmışdı.

Sovet höküməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi. Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.

Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli isə H.Z. Tağıyevin Leyla qızına evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun arvadı olub.

Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: