Musa Nağıyev

16 May

Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. Iki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə başlayır. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahaləri alaraq, böyük bir energiya ilə neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mə’dənlərində birbirinin dalınca vuran neft fantanları başqaları kimi onu da milyonçu dərəcəsinə qaldırır. O müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılır.

Musa Nağıyev də başqa milyonçular kimi amansız istismarçı, üstəlik həddindən ziyadə xəsis, malını yemiyən idi. Var-dövlətdə o, H.Z.Tağıyevdən geri qalmırdı. Axır vaxtlarda Tağıyevin tanxası 5-6 milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti 70 milyon manat qızıl pula çatmışdı. Ağa Musanın adı kələndə Balzakın təsvir etdiyi Qobsek xatırlanır. Milyonçu Ağa Musa Nağıyev “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

Rusiyada oxuyan azərbaycanlı tələbələr üçün pul yığanlar Ağa Musanın yanına gedirlər, o da üç manat verir. Deyəndə ki, Tağıyev 200 manat verib, Ağa Musa cavab verir: “Hacı dövlətli adamdır, o, əlbəttə verər. O, 500 də verə bilər… Atam, atam, mən kasıb babayam, məndə o qədər tanxa hardan?”

Mədən, gəmi və mülklərində işləyənlərə maaş vermək üçün Ağa Musanın öz üsulu vardı. Kontorda divarda hər mədən, gəmi və mülk üçün 2 torba asmışdı: gəlir torbası, çıxar torbası. Pul üçün gələnlər çıxar torbasına qoyulmuş pulu götürüb aparardılar. Elə ki, mədən müdiri, kapitan, mülk müvəkkili Ağa Musaya deyərdi ki, torbada pul yoxdur…

–              Atam, atam – deyə Ağa Musa onu qoymazdı ki, sözünü qurtarsın, – gəlir torbasına pul salmısız ki, çıxar torbasında götürə biləsiz, Məndə havayı pul hardan?! Qazanc verin, atam, atam xərclik alın.

Bir nəfər gəlib Musa Nağıyevə deyir ki, bir mis mədəni satırlar Zəngəzurda, onu alsan yaman qazanarsan. Ağa Musa soruşur: “Mis də, neft kimi fontan vurur?” Adam təəccüblə deyir: Mis də fontan vurar?! Əlbəttə, yox!” Ağa Musa: “Elə isə o, mədən mənə lazım deyil. Atam, atam qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz” deyə cavab verir.

28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir.

Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat etmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: