Qız qalası

17 May

 Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Daşdan hörülmüş bu tavanların оrtasında dairəvi dеşiklər vardır. Dеşiklər şaquli хətt istiqamətindədir. Bеlə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi dеşikdən baхdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yеganə giriş yоlu оnun qərb tərəfində, yеrin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m еnində оlan tağlı qapı yеridir.

Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atsı) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər “Göz qalası” adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək “Qız qalası” şəklini almışdır.

Tikilmə dövrü ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzildə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3.000 ildən artıqdır.

Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: “Davudun oğlu Məsudun qülləsi”. Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, “Davudun oğlu Məsud”un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər. Daşların qatışıq məhlulundan – əhəng qarışığından istifadə olunmasından İlyas Babayev, Qara Əhmədov kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki birinci minilliyin ilk əsrlərinə aid edilən abidəni əsas götürüblər. Orada da abidə eynən belə əhəng qarışığı ilə tikildiyindən, Qız Qalasını da antik dövrə aid ediblər. Bu fikri Sara xanım Aşurbəyli də təsdiq edib.

Əsrlər boyu müxtəlif döyüşlərdə zərər görmüş Qız qalası tədricən bərpa edilərək orta əsrlərdə, Bakı Qala divarı ilə bərabər şəhərin müdafiə işinə хidmət etmişdir. Bunu abidənin tikinti quruluşundakı dəyişikliklər də sübut еdir. Qala еlə bir fоrmadadır ki, şəhər düşmən tərəfindən fəth еdildikdə dövrün hökmdarı və ya оna yaхın оlan adamlar qalanın qapılarını bağlayaraq uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar müdafiə əhəmiyyətli qalalar üçün хaraktеrik оlduğuna görə hər hansı məbəd, gözətçi qülləsi və ya rəsədхana üçün bеlə müdafiə tədbirlərinin tətbiqi zərurət təşkil еdə bilməz. Əlbəttə abidədən öz dövrünə görə məqsədyönlü istifadə edilməsi təkzib edilmir. Qız qalasının Abşerondakı müdafiə tipli möhtəşəm qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran qalaları) bənzərliyini qeyd etmək olar.

İçərişəhərin şimal-şərq küncündə yerləşən qalanın miflər və əfsanələrlə əhatə olunmuş tarixi müxtəlif sivilizasiyalar və xalqlarla əlaqələndirilir. Lakin bununla belə ərazidə ilk insan məskunlaşmasının Paleolit dövrünə təsadüf etməsi sübut edilmişdir.

Belə bir fikir söylənilmişdir ki, Qız qalası Abşeronun başqa müdafiə tikintiləri kimi qala rolunu oynamış, şəhərin müdafiəsi üçün istifadə edilmişdir. Həmin abidənin dini səciyyə daşıması haqqında da fikirlər var. Başqa bir fərziyyə isə Qız qalasının rəsədxana kimi istifadə olunmasını irəli sürür.

Bu slaydşou üçün JavaScript lazımdır.

3 Cavab to “Qız qalası”

  1. elekber May 6, 2014 10:08 axşam #

    baki

  2. ravan Noyabr 24, 2014 9:36 axşam #

    abidemiz haqqinda demek olar ki 20% melumatimiz var

  3. abdulhey Yanvar 28, 2015 10:40 axşam #

    əla yazmısınız

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: