İçərişəhərli əxlaqı…

24 May

Günlərin bir günü bir içərişəhərli əsnaf Şirvanşah Axsitanın qızına vurulur. Dəli-divanə olub düşür çöllərə. Gəzib-dolaşmadığı yer qalmır, amma onun dərdinə bir əncam edən olmur. Kimdi əsnafa padşahın qızını verən? Bu anda həmin o, əsnaf gedir bir dərvişin yanına. Deyir: “Ay dərviş, mən Şirvanşah Axsitanın qızına vurulmuşam. İndi neyniyim?” Dərviş ona deyir: “Ya əsnaf mən bütün günü bu təkkədə oturub zikr edirəm. Amma mənim ağlıma qəribə bir fikir gəldi. Mən sənə dünya malı ilə, dünya hadisələri ilə, hədislərlə heç bir köməklik göstərə bilmərəm. Amma sən gəl mənimlə bu təkkədə otur və 40-ca gün Allaha zikr elə. Gör nə olur?” Əsnaf 40 gün zikr edir, ibadət edir, Allahı anır, Allaha sevgisini bildirir və ondan kömək diləyir. Bu 40 günün içində əsnaf o qədər işıqlanır ki, onun bu işığı, onun səsi bütün İslam aləminə yayılır. Artıq əsnaf  Pirə çevrilir və bütün müsəlmanlar onun ibadətinə, onu biət etməyə gəlir. Söz Şirvanşah Axsitana da çatır. Bu əsnaf mənim qızıma vurulub və buna görə Pirə çevrilib. Mənim hər şeyim var: imarətlərim, İçərişəhər boyda ərazim, Şirvanşahın şahıyam. Bəs mənim nəyim yoxdu? Bircə dənə oğlum yoxdu. Gəlsənə öz qızımı verim bu Pir olmuş əsnafa, çünki o, imanlıdı, eşqlidi və öz əməlində davamlıdı. Padşah bunu deyir və gəlir Pir olmuş əsnafın ayağına, oturub gözləyir. Elə həmin gün 40 gün bitir. Əsnaf xəlvətxanadan çıxıb görür ki, Şirvanşah oturub onun qarşısında və minlərlə insan düzülüb onun əlin öpmək istəyir. Əsnaf xana yaxınlaşır. Xan ona deyir: “Oğlum, qızımı verdim sənə. Sənin eşqin hər şeyə qalib gəldi”. Əsnaf nə desə yaxşıdı? “Ya Şirvan şahı, sən demə mən eşqin ünvanını səhv salmışam. Sənin qızını sevdim, dəli olub küçələrə düşdüm. 40-ca gün Allahı sevdim və mən Pirə çevrilmişəm”. Deməli, daxilən Allahı sevən əsl eşq sahibidir. Və içərişəhərli əsnaf bu məqama yetişmişdi. Təkcə bunu demək yetər ki, dünya malına bağlılıq heç vaxt içərişəhərli əxlaqında olmayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: