Dənizdə şəhər

27 May

Dəmir ayaqlar üstdə dayanmışdır Xəzərdə

Bakı neftçilərinin yeni yuvası, yurdu.

Xoşbəxtdir ömr edənlər bu qəhrəman şəhərdə,

Bu şəhəri neftçilər böyük hünərlə qurdu.

Neçə bahar, neçə qış gəlib, keçib bu yerdən,

Neçə oğul, neçə qız burda anadan olub.

Gələn hər əziz qonaq yaxşı bilirəm ki, mən, –

Bu şəhərin hüsnünə həmişə heyran olub.

Qorxutmur neftçiləri dəlisoy, şıltaq Xəzər

Düyümləyib alnını, çatsa da qaşlarını.

Boylanarkən üfüqdən dostum günəş hər səhər

Əl verib salamlayır doğma Neft daşlarını.

Mahnıtək şöhrətləri düşübdür dildən-dilə,

Tarixlərə yazılıb qəhrəmanların adı.

Qoy olsun Neft daşları könlümün istəyilə

Bu təzəcə yazdığım mahnımın nəqaratı!

Süleyman Rüstəm

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: