Yeni Suraxanı qəsəbəsi

28 May

Heydər məscidi. 1990-cı il

Yeni  Suraxanı qəsəbəsi Suraxanı rayonunun qəsəbələri arasında demək olar ki, gənc qəsəbədir.  Bu qəsəbə 1930-1936-cı illərdə salınıb. 1936-cı ildə Kirov qəsəbəsi adı ilə  qəsəbə statusu alıb və Bakı şəhərinin inzibati ərazisinə daxil edilib. 1992-ci ildən Yeni Suraxanı qəsəbəsi adlandırılıb.

Yeni Suraxanı qəsəbəsi ərazisində  rəsmi məlumata əsasən 15300 nəfər, qeyri rəsmi məlumata görə 16500 nəfər əhali yaşayır. Suraxanı rayonunun Bülbülə  və Əmircan  qəsəbəsi,  eləcə də Əzizbəyov rayonunun Binə qəsəbəsi ilə həmsərhəddir.

İlk tarixi mənbələrdə Suraxanı haqda məlumatlardan eramızdan əvvəl V-VI minilliklərdə bu  ərazidən suiti dərisindən hazırlanmış tuluqtorbada yanan mayenin Misir  fironlarının saraylarına aparılması və orada işıqlanma məqsədi ilə istifadə olunması məlumdur (Çin, Yunan və Misir mənbələrində məlumat verilir). Eramızdan əvvəl I-minillikdə yunan tarixçisi Strabon öz əsərlərində bu ərazidə neftin çıxdığını əks etdirmişdir.

Tarixi mənbələrdən məlum olur ki, hələ qədim zamanlardan Suraxanı torpağından alov çıxırmış. Qazla yanaşı, bu yerləri ağ neftin vətəni kimi də tanıyırlar. Ağ neft adi neftin ən yüksək, ən təmiz növüdür. Qocaman neftçilər belə danışırlar ki, 1947-ci ildə, konservasiyadan çıxarılmış bir neçə neft buruğundan çəkilən nefti əlavə emal  etmədən bir başa tank baklarına  doldururmuşlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: