Qaraçuxur qəsəbəsi [slideshow]

29 May

1923-cü ildən Kaqanoviç qəsəbə, fəhlə, kəndli, qızıl əsgər və qırmızı donanmaçı deputatları Soveti, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayon ZDS İcraiyyə Komitəsi adlandırılmışdır.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26.09.1955-ci il tarixli Fərmanına uyğun olaraq Bakı şəhəri ZDS İcraiyyə Komitəsinin 06.10.1955-ci il tarixli 19/473 №-li Qərarı ilə Kaqanoviç rayon ZDS İcraiyyə Komitəsi ləğv edilərək ərazisi Bakı şəhəri Orjenikidze rayonunun tərkibinə verilmiş və həmin qərarla Kaqanoviç rayon ZDS İcraiyyə Komitəsi, Kaqanoviç qəsəbə ZDS İcraiyyə Komitəsi adlandırılmışdır.
ImageAzərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 31.08.1957-ci il tarixli fərmanı ilə Orjenikidze rayonu Kaqanoviç qəsəbəsi, Ordjenikidze rayonu Qaraçuxur qəsəbəsi adlandırılmış, 26.05.1964-cü ildə Qaraçuxur qəsəbəsinin adı Serebrovski adı ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin 29.04.1992-ci il tarixli qərarı ilə qəsəbənin əvvəlki Qaraçuxur adı yenidən özünə qaytarılmışdır.
Qaraçuxur qəsəbəsinin əhalisi  72600 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır.

Qaraçuxur qəsəbəsində 11 məktəb (Yeni Günəşli yaşayış sahəsidə 275, 278, 279, 282, 285 və 290 saylı, Qaraçuxur qəsəbəsində  5 məktəb- Xarici Dillər Təmayüllü Gimnaziya, 104 , 141, 146 və 318 saylı), həmçinin Kəlbəcər və Xocəvənd rayonlarından məskunlaşmış məcburi köçkünlər üçün 2  məktəb fəaliyyət göstərir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir Cavab to “Qaraçuxur qəsəbəsi [slideshow]”

  1. fatime Sentyabr 20, 2013 8:50 axşam #

    qaracuxur ela yerdi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: