Hövsan qəsəbəsi [slideshow]

30 May

Hövsan kəndi Bakı şəhərinin qədim kəndlərindən biridir və 1793-cü ildə yaradılıb. 1966-cı ildə o qəsəbə statusu alaraq Bakı şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Abşeron yarımadasının cənubunda yerləşir.
Statistik məlumatlara əsasən qəsəbənin əhalisi   39100 nəfər, qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbədə əhalinin sayı 50000 nəfərə yaxındır.

Hövsanın yerli əhalisi əsasən tatlar, muğanlılar və dağlılardır. Qədim kənd 5 hissəyə bölünüb. Həmin ərazilər Təməniş, Fəraqət, Qala bazisi, Səngər, Əlcəyi adlanır.
Əhalinin əsas fəaliyyəti heyvandarlıq, quşçuluq və əkinçilikdir.  Hövsan qəsəbəsində 6 ümumtəhsil orta məktəb (76, 118, 196, 270, 280 və 281 saylı), bundan başqa  16 saylı Laçın orta məktəbi  76 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir.

Hövsan bir çox məhsullarıyla məşhurdur. Bunlardan ən məşhuru Hövsan soğanıdır. XIX əsrin sonlarında S.Zelenski adlı bir rus müəllifi 1897-ci ildə “Qafqazsakaya selskaya xozaystva” qəzetində bu soğanı əvəzsiz adlandıraraq, İngiltərə muzeyində saxlanıldığını yazmışdı.

Mədəniyyət  və Turizm Nazirliyi tərəfindən qorunan Hövsanda yerləşən qədim hamam hazırda fəaliyyət göstərməsə də, onun yaşının 300-350 il olduğu deyilir.

Hövsan çoxlu sayda məşhur insanlar yetişdirib: general-mayor Soltan Qılmanov (ilk milis məktəbinin rəisi olub), general Mirzə Almasov (Cəmşid Naxçıvanski adına liseyin rəisi olub,  SSRİ xalq artisti, aktyor Mirzağa Əliyev, Azərbaycan Respublikasının xalq artisti, aktrisa Bəsti Cəfərova, xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov və s.

Tarixi abidələr:

Dəyirman – XIX əsr, İmam Hüseyn və Həzrəti Abbas adına cümə məscidi – 1920-ciHamam – XVII əsr, Hamam – 1910-cı il, Köhnə qəbiristanlıq – Orta əsrlər, Məscid – 1806-cı il , Məscid – XX əsr.

Bu slaydşou üçün JavaScript lazımdır.

3 Cavab to “Hövsan qəsəbəsi [slideshow]”

  1. İsrail Fevral 5, 2012 11:46 səhər #

    Mən Hövsan da qalıram.Elə yaxşı deyiblər Hövsanda zalotoy oğlanlar var.

  2. Elmar Sentyabr 25, 2012 4:31 axşam #

    Hovsan 1 nomre qesebedir

  3. ibrahim Noyabr 17, 2012 5:11 axşam #

    men hovsannan yasamali qardas kimi gorurem

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: