Zığ qəsəbəsi

3 İyn

Zığ kəndi Abşeron yarımadasının cənub-qərbində,  Bakı şəhərinin yaxınlığında yerləşir. Zığ kəndinin əhalisi qədim Zığ qəbiləsindəndir və miladın 2-ci əsrindən məlumdur.
Zığ qəbiləsi Kiçik Qafqaz dağlarının ətəklərində 7-8-ci əsrə məlum olmuşdur.
Zığ qəbiləsi Alan masketlərindəndir. Alan-dağlı deməkdr.  Masketlər isə Yafəsin oğlu Məshəq nəslindəndir. Yafəs Nuh Peyğənbərin oğludur.

Abbasqulu Ağa Bakıxanov
“Gülüstani İrəm” kitabı

Zığ kəndinin ərazisində 7-ci əsrə təsadüf edilən “Əli qədəmgahı” piri mövcuddur. Hal-hazırda müqəddəs ziyarətgah  kimi fəaliyyət göstərir. Əli nədəmgahı dini qurum kimi rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda dini rəhbəri Miraslan Ağadır.

Qəsəbədə qədim qəbiristanlıq var. Qəbiristanlığın məqbərəsi, o cümlədən 3 ovdan və bir neçə sərdabəsi var. Sərdabələrin tarixi təqribən VIII-IX əsrlərə gedib çıxır. Sərdabələr islamdan sonra olanlardır. Orada kənd sakinləri əmanət kimi dəfn olunub. Yəni niyyət ediblər ki, gedib peyğəmbərin qəbrini ziyarət etsinlər, amma gedə bilməyiblər və sərdabələrdə dəfn olunublar.
Zığ kəndində İslam məscidi mövcuddur ki, bu da qədim tarixi abidədir. İslam məscidi rəsmi  dövlət qeydiyyatından keçişdir və dini qəhbəri Hacı Xanlardır.
Tarixi abidələr sırasında  “Ovdan” bulağı var ki, bu da 17-ci əsrə aiddir. “Ovdan” bulağı Zığ kəndinin mərkəzində yerləşir. Əhalisinin əksəriyyəti həmin bulağın suyundan istifadə edir.
Zığ kəndinin qərbində  qədim türbələr  mövcuddur  və tarixi 15-ci əsrə aiddir. Kəndin ərazisində Zığ yolu mövcuddur.
Zığ kəndi 1936-cı ildən 350 təsərrüfatdan ibarət  olub və həmin ildən şəhər tipli qəsəbə statusu verilib.
Zığ qəsəbəsi müxtəlif illərdə inkişaf edərək əhalisinin sayı və ərazisi artmışdır.

Zığ Bələdiyyəsi və rayon İcra hakimiyyəti başçısının Zığ qəsəbə nümayəndəliyi fəaliyyət göstərir.  Zığ qəsəbəsinin ərazisi təxminən 1000 ha təşkil edir. Zığ qəsəbəsinin ərazisində bin neçə yaşayış sahələri mövcuddur. Bunlardan: Suraxanı-Hövsan yolunun sağ tərəfində  yerləşən şərti olaraq adlandırılan “Dədə Qorqud” yaşayış sahəsi, “bahar” bağ massivi, zığ bağları massivi, “Qum adası” bağ evləri massivi Zığ qəsəbəsinin ərazisində yerləşir. Zığ qəsəbəsini şimalından Suraxanı və Yeni Günəşli massivi ilə, qərbdən Xətai rayonu ilə, cənubdan Xəzər dənizi ilə, şərqən isə Hövsan qəsəbəsi ilə həmsərhəddir.

Hal-hazırda Zığ qəsəbəsinin ərazisindən Dövlət əhəmiyyətli Zığ-Qala yolu keçir.
Zığ  qəsəbəsinin əhalisi təxminən  15000 nəfərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: