Pirşağı qəsəbəsi [slideshow]

7 İyn

Pirşağı Tataz Piri

Pirşağı kəndinin 2 min ildən çox  yaşı olduğu göstərilir. Deyilənlərə görə də kəndin yaşı orada olan pirin yaşı ilə ölçülür.  Söylənilənlərə görə, bu, Eqzemanın bir növü olan Tataz piridir. Bunun da haradan götürüldüyü bəlli deyil. Amma əslində Pir qardaşlar birliyidir. Deməli qədimdə 3 qardaş heyvandarlıqla məşğul olurmuş. Qardaşlardan biri heyvan otararkən papağını çıxardıb üzərlik kolunun üstünə qoyur və yatır. Yuxuda ona deyirlər:  “Ey Allahın bəndəsi, suvab sahibi olarsan. Neçə illərdir ki, biz yerin altında qalmışıq”. Evə gələndən sonra yuxusunu qardaşlarına danışır və gedib bellə oranı qazırlar. Yerdən qədim qəbirlər aşkarlanır. Bu üç qardaşın adı Sahib, Ağayar və Şahin olub. İllər keçəndən sonra külək qumla Pirşağını tamam örtür. İllər sonra yenidən canlanma başlayır.
Hətta kənd camaatının dediyinə görə, Pirşağıdan neft də çıxır. Bu nefti isə qədim zamanlarda tacirlər aşkar ediblər. Rusiya və digər uzaq ölkələrdən gələn ticarətçilər bura gəlib müxtəlif əşyalar satarmışlar. Bir dəfə yerdən qəribə bir mayenin çıxıb torpağa yayıldığını görüblər. Daha sonra həmin torpağı kərpic şəklində kəsib yandırar və onun istiliyinə yığışarmışlar. Bir müddət keçəndən sonra isə qazıntı işləri aparır və nefti öz ölkələrinə daşıyırmışlar. Dəvələrlə Pirşağıya gələn tacirlər sahildən suiti tuturmuşlar. Həmin suitilərin piyini əridib dərisini qurudar, nefti də onun içərisinə doldurub apararmışlar.

Pirşağının mərkəzi kimi tanınan “Seyid Qədir” məscidi qədim tarixi abidə kimi qorunur. Deyilənlərə görə, bu məscidin 600 ildən çox yaşı var. Şura hökumətinə kimi məscid fəaliyyət göstərib. Bir vaxtlar isə fəaliyyətinə qadağa qoyulmuşdu. Kənd camaatı yığışıb qərara gəliblər ki, məscidi taxıl anbarı etsinlər. Bir müddət taxıl anbarı kimi istifadə olunandan sonra yenə də məscid kimi fəaliyyət göstərməyə başlayıb.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir Cavab to “Pirşağı qəsəbəsi [slideshow]”

  1. hkonul İyun 14, 2011 7:38 axşam #

    Ugurlar dostlar ! superdi !:)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: