Kürdəxanı qəsəbəsi

22 Sen

Yamin qalası (1972-1973)

“Kürdəxanı” inzibati cəhətdən Sabunçu rayonuna daxildir.

Ərazisi 27.3 kv.km-dir.

“Kürdəxanı”da yaşayışın iki min ildən çox mövcud olduğunu deməyə əsas var. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri,mis, tunc,dəmir materiallarından istehsal olunan təsarrüfat alətləri,aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri,ha belə orta əsrlər dövrünü əhatə edən,konkret desək,köhnə qəbiristanlıqdan aşkar edilən və düzəldilmə tarixi 900-il əvvələ gedib çıxan qəbirüstü sinədaşı,inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah//zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə 17-ci əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir. “Kürdəxanı” sözünün bir neçə izah variantı da mövcutdur. Bir ehtimala görə coğrafi məvfum “kord//korda//kordə” sözündən və “xanı”topomorfantindan yaranmışdır,yəni bıçaq düzəldilən yer. İkinci gümana görə,guya vaxtilə üç tərəfi su olubmuş.Yaşayış məntəqəsi cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer “Kürdəxanı” adlanmışdır. Kənd ağsaqqalları isə “Kürdəxanı” sözünün mənşəyini burada kürdlərin yaşaması ilə də əlaqələndirir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Kürdəxanılı Yamin haqda əfsanə

Bir vaxtlar Kürdəxanı kəndinin sakini olmuş Yamin adlı biri gənc yaşlarından sözünü açıq deyən, yoldaşlarından bir çox şeylərdə seçilən bir cavan olub. Yamin fiziki cəhətdən qüvvətli biri imiş. Kənd sakinləri deyir ki, o vaxtlar silah gəzdirmək qadağan idi. Amma Yaminin özünə məxsus kiçik çaplı silahı varmış. Buna baxmayaraq Yaminin düşmənləri onu güdmüş, tərk-silah etmiş və ona bədən xəsarəti yetirmiş, başından ağır zərbələr vurmuşdular. Bundan sonra Yamin başından aldığı zərbələrin təsirindən yaddaşını və həyatdakı mövqeyini itirmiş, doğru-dürüst nə işlə məşğul olduğunu da anlaya bilməmişdi.
Həyatda qala bilmək üçün kənd sakinləri ona maddi yardım edirmişlər. Lakin Yamin ona verilən bu sədəqəni yığıb təkbaşına simvolik bir qala ucaltmışdı. O, kimsəsiz olduğuna görə istəyirmiş ki, özündən bir xatirə olaraq nəsə qalsın.
Əvvəllər çöllərdə yaşayarmış. Uçulmuş, dağılmış evlərin daşını özü kürəyində daşımaqla o qalanı tikib. Qalanın hündürlüyü 8 metrdir. Divarının qalınlığı da bir metr yarımdır. Özü də deyib ki, “bunu divanə qalası kimi yadigar tikirəm”. İndi həmin qala “Yamin qalası” adlandırılır.

Həmçinin tarixi abidə olaraq, Kürdəxanı kəndində XVII əsrdə tikilmiş  “Hacı Zeynal hamamı”, XVI əsrdə inşa edlimiş “Hacı Cəfərqulu hamamı”, Kürdəxanı Bağ sakinləri tərəfindən 20-ci əsrin əvvəllərində inşa edilmiş “Bağ məscidi”ni göstərmək olar.

Bir Cavab to “Kürdəxanı qəsəbəsi”

  1. rapit roll Mart 22, 2016 6:40 axşam #

    doğulandan kurdexanıda qalıram yamin qalasını ilk defedi gorurem.“sirdaş” a baxanda ise orda kurdexanı gormediyim yerleri gosterirler.¿¿¿¿????

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: