Nardaran qəsəbəsi [slideshow]

5 Okt

Nardaran piri

Nardaran kəndi Bakının ən qədim kəndlərindən biridir. Xəritəyə nəzər etdikdə bu kəndin qartalın düz gözündə yerləşdiyini görmək olar. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Nardaran – yəni mərd insanların məskunlaşdığı məkan; Nardaran – yəni nur olan yer. Çünki bu müqəddəs torpaqda 8-ci İmam Museyi Kazimin (ə) qızı Rəhimə xanım (ə)(az yaşlı övladı) və Xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbrlərinin üzərində möhtəşəm ziyarətgah tikilib. Bununla yanaşı qədim tikili də qorunub saxlanılır. Digər bir versiya belədir: Nardaran yəni – Qəlblər nuru. Çünki bu kəndin adı bəzi mənbələrdə Nurdelan (qəlblər nuru) kimi qeyd olunub. Kənddə II Şah Abbasın dövründə inşa edilən qədim Həci Bəxşi məscidi (Bu məscidə bitişik halda Azərbaycanda yeganə olan üstü açıq məscid yerləşir), onunla üz-bəüz yerləşən Şah Abbas karvansarası, Qədim Qala, Məscid-mədrəsə kompleksi (bu kiçik qədim məscid “Qərib cinlər diyarında” filmində ev kimi göstərilib), həmçinin Cümə məscidi, Hacı Qulaməli Məscidi, Dırbay məscidi, Ağa Məscidi, bir neçə su ovdanları (bu su ovdanlarında biri “Sehirli xalat” filmində xanın piləkanları çıxaraq qaçdığı səhnədə göstərilir), bundan əlavə qədim hamamlar və qədim qəbristanlıqlar, qədim qəbrüstü yazılı daşlar da mövcuddur. Kənddə Şirvanşahların dövründə tikilmiş gözəl memarlıq üslubunda olan Xan Bağı mövcuddur. Bu Xan sarayından dənizə, kənd qalasına, Ziyarətgaha və sonu bilinməyən istiqamətə gedən yeraltı yollar var. Bu kənddə Qalagah, qədəmgah, paçan, Küladüz, Əlməgə, Ümüd qayası və s adda qədim yer adları var. Kəndin dəniz kənarında qayalıq hissədə qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir.  Bir çox qədim adət ənənələr buarada qorunub saxlanılır. Kənd muğam beşiyi sayılır. Kəndin alim, şair, yazıçı, akademik, professor və s. şəxsiyyətləri olub və indi də var.

Nardaran kəndi Bakının dəniz kənarı kəndlərindən biridir. Şirə torpaqla zəngin olan bu məkanda bir çox meyvə və tərəvəzlər yetişir. Yay mövsümündə buranın havası sanki bir məlhəm kimi insana həyat bəxş edir. Ölkəmizin hər bir tərəfindən burada dəniz kənarı bağlarda dincəlməyə gələnlərin sayı həddən artıq çox olur. Hətta xarici ölkələrdən də bura gəlib bağlarda dincələn və bu torpaqda bitən ağ tut, xar tut, əncir, üzüm (xüsusən ağ şanı), iydə və s. meyvələrdən yeyib dadına doya bilmirlər. Buranın havası barədə sadəcə onu qeyd etmək kifayət edər ki, bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün uca bir ev tikdirir. Nardaranın cana xeyirli dəniz havası qıza tam şəfa verir. Onun üçün inşa edilən uca tikili isə sonralar mayak kimi istifadə olunur. Bağların dəniz kənarı hissəsində Ümüd Qaya adlı ərazisində qədim Qobustandakı daşlarda olduğu kimi qayalar üzərində müxtəlif işarələr və yazılar mövcuddur. Sara Aşurbəyli yazır ki, bu sahə Abşeronda ən qədim tapıntıdır. Kənd iki tərəfdən qayalıqlarla əhatələnib. Gün çıxan tərəf Bilgəh kəndi, gün batan tərəf isə Kürdəxanı və Pirşağı kəndləri ilə qonşudur.

Bakının Nardaran kəndinin tariхinin eramızdan əvvəl tunc dövrünə aid edən dəlillər оnun “Qalagah” adlanan ərazisində mağaralar içərisində ilk insan məskənlərinin aşkar оlunması ilə sübut оlunmuşdur. Nardaran və Bilgəh kəndləri arasındakı qayalıqlar üzərindəki astrоlоji işarələrin tapılması burada əhalinin İslam dininə qədərki dövrdə Zərdüşt dini təriqəsində оlması ideyasını irəli sürməyə imkan verir. E.ə. 3-cü minilliyə aid оlan bu «Ümüdqaya» abidəsi Abşerоn yarımadasının ən əhəmiyyətli arхeоlоji tapıntısı hesab оlunur. Hazırda Nardaran ərazisindəki tariхi memarlıq irsinin yalnız оrta əsrlərə mənsub оlması, kəndin dəfələrlə qum laylarının altında qalmasından irəli gəlir. Bunu ərazidə aparılan qazıntılar nəticəsində tapılmış yaşayış binaları, keramika, dulusçuluq, metal əşyalar, heyvan və insan sümükləri sübut edir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Nardaran piri

Sovet hakimiyyəti illərində, başqa ziyarətgahlar kimi, Nardaran pirinin qapısını da birdəfəlik bağlamaq istəyiblər. Bibiheybət piri sovet quruluşunun ən müdhiş çağlarında dağıdılmışdı. Yəqin ki, eyni aqibət Nardaran pirini də gözləyirmiş. Amma nardaranlılar buna imkan vermirlər. Onda başqa vasitələrə əl atılır. Pirin qapısını daşlarla hörürlər. Nardaran əhli gecələr gəlib daşları sökərək ziyarətgahın yolunu açır. Bu hadisə dəfələrlə təkrar olunub. Vəziyyətdən çıxış yolunu axtaran Nardaran ziyalıları axır ki, hökumət adamlarını aldatmaq üçün çıxış yolu tapırlar. Kəndin kolxoz sədri, kənd sovetinin sədri məsələ qaldırırlar: “Nardaran piri möhkəm bünövrəyə malik tikilidir, niyə sökürsünüz? Buranı anbar edib içində buğda saxlamaq olar”. Tədbir baş tutur və Nardaran piri bu yolla xilas edilir. 1951-ci ildən anbara çevrilən tikilidə buğda saxlayırlar. 1956-cı ildən ziyarətgahdan daha anbar kimi istifadə edilmir, əhali yığışıb buranı təmizləyir. Nardaran pirini uçurub-dağıda bilməsələr də tarixi barəsində kitabəni aparıblar. Kənd ağsaqqalları danışırlar ki, o dövrdə Azərbaycanda bərpaçıların çoxu milliyyətcə erməni olub. Onlar qədimliyinə görə daş kitabələrin üzərindəki yazıları pozublar. Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrdən bəziləri də məhv edilib.
Nardaran camaatı böyük sevgi, dərin inamla qoruyub-saxladığı Nardaran pirində tikinti-bərpa işlərinə başlamaq arzusunu bir də 1994-cü ildə həyata keçirmək fürsəti qazanır. Kənd ağsaqqalları ilə məsləhətləşilir. Yenidən inşa ediləcək pirin maketini hazırlamaq bacarıqlı memar Nemət Əsədulla oğluna həvalə olunur. Nemət Əsədulla oğlu yeni tikilinin maketini hazırlayır. Kənd ağsaqqallarının xeyir-duası ilə 1994-cü il avqustun 10-da – Peyğəmbərin (s) mövludu günü tikintinin bünövrəsi qoyulur. Köhnə tikili qədim abidə kimi qorunur.
Nardaran pirinin müxtəlif yerlərində olan üç quyu da saxlanılır. Deyirlər ki, bu quyulardan vaxtı ilə Rəhimə xanım istifadə edərmiş. Quyulardan biri 17 metr dərinliyə malikdir. Onun çox şəfalı suyu var. Bəziləri onu Məkkədə olan müqəddəs Zəmzəm suyunun tamını verdiyini deyirlər. Quyunun bir hikməti də var: ondan nə qədər su götürürsən-götür, elə əvvəlki kimi qalır, suyu nə artır, nə də azalır.
Pirin həyətində «Ürək daşı» adlandırılan bir ziyarətgah da var.

2 Cavab to “Nardaran qəsəbəsi [slideshow]”

  1. balaqardash talibi Fevral 12, 2013 2:34 axşam #

    salam men bu materiallari nardaran saytina yerlesdirmek isteyirem bu mumkundur?

  2. Ayten Bdu Fevral 14, 2013 10:19 axşam #

    Salam. Əlbəttə mumkundu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: