Arxiv | Məşhurlar və fikirlər RSS feed for this section

Bakı şəhərinin tarixi

5 İyn

Sara Aşurbəyli

 

Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” adlandırdığı əsərini 1937-1938-ci illər repressiyasının qurbanı olmuş atası Balabəy Teymurbəy oğlu Aşurbəyovun xatirəsinə ithaf etmişdir. Kitabı pdf formatında aşağıdakı linkdən yükləyə bilərsiniz.

 

Yüklə

Musa Nağıyev

16 May

Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. Iki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə başlayır. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahaləri alaraq, böyük bir energiya ilə neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mə’dənlərində birbirinin dalınca vuran neft fantanları Oxumağa davam et

Şəmsi Əsədullayev

13 May

Şəmsi Əsədullayev – XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından olmuşdur.

Şəmsi Əsədullayev Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxudadır.

Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailəsində, 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə Oxumağa davam et

Aleksandr Dümanın Bakı səfərindən…

12 May

XIX əsrin 50-ci illərinin axırında Bakıya səyahətə gələn məşhur fransız yazıçısı Aleksandır Düma (rəssam Mone ilə bərabər) “Qafqaz səfəri” adlı əsərində Suraxanıdakı Atəşgahı gördüyünü yazır və belə təsvir edir: “…Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Sola burulub alçaq çökəklik və təpələrdən addayır. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ocaqlar ovuc içi kimi görünürdü. Onlar 1 kvadrat liyalu (fransız məsafə ölçüsü) sahədə yerləşirdi. Külək əsdikcə Oxumağa davam et